PSJ azarkeşsiz də qalib gəlir

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Sportline.az xəbər verir ki, Dortmund "Borussiya"sı evdə 2:1 hesabı ilə məğlub etdiyi PSJ-nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində Paris klubu 1/4 finala yüksəlib.

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0

Qollar: Neymar, 28, Xuan Bernat, 45+1

Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")

İlk oyun – 1:2

Paris. “Park de Prens”