PSJ İkardi ilə bağlı qərar verdi: Davam, yoxsa tamam?

“Pari Sen-Jermen” icarə əsasında komandada oynayan Mauro İkardi ilə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, İtaliya mətbuatında Paris klubunun argentinalı hücumçunun komandada saxlamaq istədiyi bildirilib. PSJ-nin oyunçunun müqavilə ilə məxsus olduğu "İnter"ə 70 milyon avro ödəməyi planlaşdırdığı vurğulanıb.

İkardi bu mövsüm Fransa Liqasında 20 matçda 12 qol vurub.