PSJ-nin futbolçusuna 3 klub elçi düşüb

"Paris Sen-Jermen"in cənubi koreyalı futbolçusu Li Kanq-in bu yay komandasını dəyişə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Mançester Yunayted" və "Napoli" 24 yaşlı futbolçunu transfer etmək istəyir.

Kanq-in transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçunun PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.