PSJ "Real"ın ulduzu ilə maraqlanır
"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo PSJ-nin maraq dairəsinə düşüb.
Sportline.az "ESPN Brasil" nəşrinə istinadən xəbər verir ki, Rodriqo üçün Paris klubu 90 milyon avro ödəməyə hazırdır.
24 yaşlı sağ cinah vingerinin "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən "los blankos"un şərəfini qoruyur.
O, ötən mövsüm meydana çıxdığı 54 matçda 14 qol 10 məhsuldar ötürmə müəllifi olub.