Qadın hakimi vuran futbolçu cəzalandırıldı

Arqentinanın dördüncü divizion klubu "Deportivo Merlo"nun futbolçusu Emmanuel Franses cəzalandırılıb. SportLine.az xəbər verir ki, buna səbəb, onun oyun vaxtı əli ilə hakim Mariya Rokkonun boynunun ardından güclü zərbə endirməsidir.

Argentina Futbol Assosiasiyası (AFA) hadisə görə futbolçunu 22 oyunluq yarışlardan kənarlaşdırıb. Hakim isə AFA-dan başqa, mülki məhkəmədə də iddia da irəli sürüb.