"Qalatasaray" 3 oyunçusu ilə yollarını ayırıb
"Qalatasaray" basketbol komandası İsmet Akpınar, Dee Bost və Miralem Haliloviçlə yolların ayrıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, "Sarı-qırmızılı" klub sosial media hesabdından etdiyi paylaşımda hər 3 basketbolçuya təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm pley-off seriyasında 3 oyunun nəticəsinə görə "Karşıyaka"ya məğlub olaraq mübarizəni dayandırıb.