"Qalatasaray" məşhur brazilyalı futbolçunu heyətinə qatmaq üzrədir
"Qalatasaray" "Mançester Siti"nin brazilyalı qapıçısı Edersonu heyətinə qatmaq üzrədir.
Sportline.az xəbər verir ki, İstanbul klubu təcrübəli kiperlə 3 illik müqavilə imzalayacaq.
Bu haqda jurnalist Nikola Şikira öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, 31 yaşlı futbolçu "Mançester Siti"dən ayrılmaq fikrində qətidir.