"Qalatasaray" məşqləri dayandırdı

"Qalatasaray"ın bu gün keçirilməsi planlaşdırılan məşqi ləğv olunub.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun texniki heyəti bu qərarı verib.Komandanın sabah məşq edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasında "Beşiktaş"la matçdan sonra koronavirus səbəbindən liqaların təxirə salınmasını tələb etmişdi.