"Qalatasaray" mövsümə qələbə ilə başladı

"Qalatasaray"ın qadınlardan ibarət basketbol komandası Türkiyə Liqasının 1-ci turunda "Tarsusspor" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş "sarı-qırmızılılar"ın 77-57 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun ən məhsuldar basketbolçusu 19 xal 7 ribaundla "Qalatasaray"dan Brianna Fraser olub.

Günün digər oyununda "Fənərbağça" doğma meydanda "Botaşı" məğlubiyyətə uğradıb.81-56.

Qeyd edək ki, qadınlar liqasında son mövsümün çempionu "Fənərbağça" klubu olub.