"Qalatasaray" sabiq futbolçusunu yenidən alır

“Qalatasaray” klubu sağ cinah müdafiə mövqeyini gücləndirmək üçün “Bavariya”nın fransalı futbolçusu Saşa Boye ilə danışıqlar aparır.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi oyunçunun satışına mane olmur və 10 milyon avro tələb edir.

“Qalatasaray”ın isə Boe transferindən “Bavariya”dan qalan 6 milyon avro alacağı var. “Sarı-qırmızılar” bu məbləği silərək, qalan 4 milyon avronu hissə-hissə ödəməklə transferi reallaşdırmaq niyyətindədir. Fransalı müdafiəçi illik 3–3,5 milyon avro maaş tələb edir.