"Qalatasaray" türkiyəli basketbolçunu heyətinə qatıb

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" basketbol komandası növbəti transferini gerçəkləşdirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Darüşşafaka" forması geyinən Can Korkmazı rənglərinə bağlayıb.

31 yaşlı oyunçu daha əvvəl 2012-2013, 2016-2017 və 2018-2020-ci illərdə "Qalatasaray"ın uğurları üçün çalışıb.

Qeyd edək ki, təcrübəli basketbolçu karyerası ərzində "Trabzonspor", "Uşak Sportif", "Sakaryaspor", "Türk Telekom" və "Karşıyaka" forması geyinib.