"Qalatasaray" yenə xal itirdi

"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu 34-cü turda "Fatih Karagümrük"ü qəbul edib. Matç 1:1 hesab ilə başa çatıb.

"Qalatasaray" - "Fatih Karagümrük" - 1:1
Qollar:
 Nado, 60 (0:1), Babel, 62 (1:1)
Qırmızı vərəqə: Donk, 79 ("Qalatasaray")

Fatih Terimin baş məşqçisi olduğu komanda hazırda 62 xalla 3-cü, "Fatih Karagümrük" 49 xalla 7-cidir. Turnir cədvəlinə 67 xalla "Beşiktaş" başçılıq edir.