"Qalatasaray"dan ardıcıl 3-cü qələbə

'Qalatasaray"ın kişilərdən ibarət basketbol komandası Super Liqada növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, 30-cu həftədə "Tofaş"a qonaq olan "sarı-qırmızılılar" əsas vaxtı 97-97 bitən görüşün overtaymında qalib gəliblər.107-102.

Ardıcıl 3-cü oyundan qalib ayrılan İstanbul klubu qələbələrinin sayını 16-ya çatdırıb və liqanı  5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Super Liqada ilk 8 pilləni tutan komandalar arasında pley-off oyunları keçiriləcək.