"Qalatasaray"dan ayrılanlar bəlli olur

Mövsümün sonunda "Qalatasaray"ın hazırkı heyətindən 8 futbolçunun yola salınacağı gözlənilir.
 
Sportline.az xəbər verir ki, həmin futbolçuların müqaviləsi bitir, beş futbolçu isə icarəyə götürüldükləri klublardan geri dönəcəklər.
 
Klub rəhbərliyi pandemiyadan sonra büdcəni azaltmaq və komandanı gənclərşdirmək üçün radikal dəyişikliklər etmək fikrindədi.
 
Mövsümün sonunda Yuqo Naqatomo, Mariano, Səlcuk İnan və Ryan Donk kimi futbolçuların müqaviləsi bitir. Onlardan yalnız Ryan Donka hazırkı maaşının, yəni 1,9 milyon avronun yarısı təklif olunacaq. Qalan 3 futbolçunun gedişi isə kluba 10 milyon avro qənaət etmək şansı yaradacaq.
 
Bununla yanaşı "Almeriya”da icarədə olan Ozornvafor və "Kayserispor”dan Əmrə Taşdemir geri qaytarılacaq.
 
Klubla müqaviləsi davam edən 9 əcnəbi futbolçunun hamısına maaşların azaldılması təklif olunacaq. Razı olmayanlar isə transferə çıxarılacaq. Boş qalan mövqelərə əsasən yerli bazardan ucuz futbolçular axtarılacaq.