"Qalatasaray"ın Akanji israrı davam edir

"Qalatasaray" "Mançester Siti"nin isveçrəli müdafiəçisi Manuel Akanjini heyətinə qatmaqda israrlıdır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu futbolçunun meneceri ilə təmas halındadır.

30 yaşlı oyunçu "Qalatasaray"a transfer olmağa isti yanaşır.

Qeyd edək ki, "sarı qırmızılar" Akanji xaric "Mançester Siti"dən qapıçı Ederson və İlkay Gündoğanıda heyətə cəlb etməyi düşünür.