"Qalatasaray"ın sabiq futbolçusu vəfat etdi

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Fazıl Göknar dünyasını dəyişib.

Sportline.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 95 yaşında vəfat edib.

Qeyd edək ki, Fazıl Göknar 1946 - 1951-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, "sarı-qırmızılar"da idarə heyətinin də üzvü idi.