Qapıçıdan mükəmməl qol
Cənubi Afrika Liqasında keçirilən "Baroka" - "Orlando Pirates" matçında meydan sahiblərinin qapıçısı Masuluke Oskarine oyunun qəhramanına çevrilib.
SportLine.az xəbər verir ki, görüşün 48-ci dəqiqəsində qonaqlar hesabı açsa da, matçın sonlarında - 90+6-cı dəqiqədə Masuluke Oskarine irəli çıxaraq möhtəşəm qola imza atıb və komandasını məğlubiyyətdən xilas edib.