"Qarabağ" "100-lüy"ü tərk etdi
UEFA Klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, bu dəfəki siyahı Azərbaycan klublarının geriləməsi ilə yadda qalıb.
99-cu yerdəki mövqeyini tərk edən "Qarabağ" bu dəfə 104-cüdür. Ağdam təmsilçisinin aktivində 18,050 xal var.
Bu enişə Ağdam təmsilçisinin səfərdə “Slovan”a uduzması (0:3) səbəb olub.
Bakıda “Anderlext”ə uduzan (1:3) “Qəbələ” isə 1 pillə geriləyərək 7,800 xalla 182-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 159,256 xalla Madrid "Real”ı başçılıq edir. "Bavariya” 147,099 xalla 2-ci, "Barselona” isə 144,6256 xalla 3-cüdür.