"Qarabağ" da çağırışa qoşuldu

“Qarabağ” AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun koronavirusla mübarizə çərçivəsində futbolumuzda başladığı “Evdə qal” kampaniyasına qoşulub.

Sportline.az xəbər verir ki, Ağdam klubunun baş meneceri Asif Əsgərov öz evində topu çiləməklə E.Məmmədova cavab verib. O, sonda estafeti “Qarabağ”sevərlərə ötürüb.