"Qarabağ" da fəaliyyətini dayandırdı

"Qarabağ" məşqlərə ara verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və akademiyanın məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.