"Qarabağ" ən yaxşıların siyahısında

Bu mövsümdə keçirdiyi oyunlarda ən çox qələbə qazanan komandaların siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, həm ümumi, həm ev, həm də səfər matçları üçün tərtib olunan cədvəllərdə qazanılan qələbələrin oyun sayındakı payı yüksək olan 50 klub yer alıb.

Azərbaycan cədvəllərdə yalnız bir komanda ilə təmsil olunub. Bu, Premyer Liqanın lideri “Qarabağ”dır.

Ağdam klubu səfərdə ən çox qalib gələn klublar sırasına düşüb. Qurban Qurbanovun yetirmələri koronavirus üzündən dayandırılan çempionatın 10 səfər görüşündə 7 dəfə qalib gəlib.

Rəqib meydanındakı qələbə faizi 70-ə bərabər olan “Qarabağ” dünya sıralamasında 42-cidir. Ağdam klubu bu mövqeyə şərik olan 8 komandadan biridir.

Qeyd edək ki, ən yaxşı səfər komandası 8 oyununun hamısında qələbə qazanan Misir təmsilçisi “Əl-Əhli”dir.