"Qarabağ" ilin ən yaxşısı oldu
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur keçirilib.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hamıdan çox – 4 qələbə qazanıb.
Son çempion kimi “Neftçi” də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadır – 11 top. “Səbail” 3-cü, “Sabah” 4-cü göstəriciyə malikdir. İlin uğursuzu isə “Sumqayıt”dır.
 
| 1. | Qarabağ | 6 | 4 | 2 | 0 | 10-0 | 14 | 
| 2. | Neftçi | 6 | 3 | 3 | 0 | 11-3 | 12 | 
| 3. | Səbail | 6 | 2 | 2 | 2 | 6-6 | 8 | 
| 4. | Sabah | 6 | 2 | 2 | 2 | 5-9 | 8 | 
| 5. | Keşlə | 6 | 2 | 1 | 3 | 9-9 | 7 | 
| 6. | Qəbələ | 6 | 2 | 0 | 4 | 11-11 | 6 | 
| 7. | Zirə | 6 | 2 | 0 | 4 | 7-15 | 6 | 
| 8. | Sumqayıt | 6 | 1 | 2 | 3 | 6-12 | 5 | 
 
 
                                     
                     
                 
                 
                 
                 
                