“Qarabağ” "Metallist"ə məğlub olub
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandası ilk yoxlama oyununda uduzub.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist"ə (Xarkov) məğlub olub.
Qarşılaşma rəqibin 5:4 hesablı qələbəsi ilə bitib.
Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.