"Qarabağ" millinin futbolçusunu bəyənmədi
Milli komandasının hücumçusu Renat Dadaşov Polşanın "Motor” klubundan ayrılmaq üzrədir.
Sportline.az xəbər verir ki, transferə çıxarılan futbolçunun təklif olunduğu klublar arasında "Qarabağ" da olub.
Renatın xidmətində maraqlı olmayan Azərbaycan çempionu bu təklifi geri çevirib.
Qeyd edək ki, Dadaşovun “Motor”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.