"Qarabağ" "Qəbələ"yə qalib gəldi, "Araz-Naxçıvan" "Şamaxı"ya qarşı
Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq biri başa çatıb.
Əvvəlcə "Qəbələ" "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib - 1:1.
21 dekabr (bazar)
Misli Premyer Liqası, 16-cı tur
15:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Marko Yankoviç, 79 (1:2)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı” - 1:0 (İkinci hissə)
Qol: Patrik Andrade, 54
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”
19 dekabr (cümə)
“Kəpəz” - “Turan Tovuz” - 0:2
20 dekabr (şənbə)
“Karvan-Yevlax” - “Neftçi” - 1:2
“Zirə” – “İmişli” - 0:0
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”