"Qarabağ" seçimini etdi

“Qarabağ” Premyer Liqada növbəti ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Sportline.az  xəbər verir ki, ölkə çempionu fevralın 14-də Premyer Liqanın 21-ci turunda “Qəbələ”ni bu arenada qəbul edəcək.

Bundan başqa, növbəti ev oyunlarının da həmin stadionda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bugünlərdə mediada “Qarabağ”ın ev oyunlarını ot ortüyündə təmir işləri yekunlaşan “Azersun Arena”da keçirəcəyi barədə xəbər yayılmışdı.