"Qarabağ" səfərə çıxır
Avopa Liqasının J qrupunda mübarizə aparan "Qarabağ" bu gün Çexiyaya yollanacaq.
Ölkə çempionunu aparan təyyarə saat 17:00-da Praqaya doğru istiqamətlənəcək. Çexiya paytaxtından Liberets şəhərinə qədər olan məsafə isə avtobusla qət olunacaq. Xatırladaq ki, "Slovan" - "Qarabağ" matçı noyabrın 24-də, Bakı vaxtıyla saat 22:00-da keçiriləcək. Komandamız bu oyunda qazanılacaq 3 xalla növbəti mərhələyə vəsiqəni təmin edəcək. Hazırda J qrupunda vəziyyət belədir: "Fiorentina" - 10, "Qarabağ" - 7, PAOK - 4, "Slovan" - 1