"Qarabağ" - "Slovan" oyunun hakimləri açıqlandı

UEFA Avropa Liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Slovan" görüşünün hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, "Dalğa Arena"dakı oyun isveçrəli hakimlər briqadasına həvalə edilib. 

Qarşılaşmada əsas söz sahibi Stefan Klossner olacaq:

15 sentyabr 2016
Avropa Liqası, "J" qrupu
1-ci tur

19:00. “Qarabağ” – “Slovan” (Çexiya)

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
"Dalğa Arena"