"Qarabağ" turnirə qələbə ilə başladı
"Qarabağ"ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanadakı "Astana Cup 2025"də ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi "Kızıljar"la (Qazaxıstan) qarşılaşıb.
"Qarabağ" mübarizəyə qələbə ilə başlayb.
Komandamız Qazaxıstan klubuna 2:0 hesabı ilə qalib gəlib.