"Qarabağ"ın daha bir futbolçusuna təklif var
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı inamlı çıxışı ilə komandanın futbolçuları da diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionunun bir neçə oyunçusu müxtəlif klublardan təklif alıb.
Onlardan biri də braziliyalı müdafiəçi Mateus Silvadır.
28 yaşlı müdafiəçinin Vətənindən təklif aldığı bildirilir.
Söhbət "Vitoriya" klubundan gedir. Braziliya A Seriyasında mübarizə aparan klubun bununla bağlı "Qarabağ"la ilkin danışıqlar apardığı deyilir.
Qeyd edək ki, Mateus Silvanın "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.