"Qarabağ"ın futbolçusu böyük məbləğli təklif alıb

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yeni transfer təklifi alıb.

Sportline.az sportinfo.az-a istinadən xəbər verir ki, Yaponiya klubu onun xidmətində maraqlıdır. Asiyalılar bugünlərdə monteneqrolu legionerə dəvət göndərib. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təklif olunan müqavilənin müddəti 3 ildir.

İrəli sürülən şərtlər isə Yankoviçin ağlını başından alıb. Gündoğar ölkəyə üz tutarsa, illik 800 min avro qazanacaq. 2022-ci ilin yayından "köhlən atlar"ın formasını geyinən Monteneqro yığmasının üzvünün müqaviləsi ötən il yenilənib.

O, 2027-ci ilin yayınadək "Qarabağ"a məxsusdur.