"Qarabağ"ın futbolçusu qitə nəhənglərinə qarşı
"Qarabağ"ın futbolçusu Ansi Aqolli İspaniya və İtaliya millilərinə qarşı oyunlarda iştirak imkanı qazanıb. Sportline.az xəbər verir ki, Albaniya millisinin baş məşqçisi Kristian Panuççi 2018-ci il dünya çempionatının növbəti seçmə qrup oyunlarında onun da xidmətində maraqlıdır. İtaliyalı mütəxəssisin açıqladığı heyətdə Aqollinin də adı var. Qeyd edək ki, İspaniya ilə matç oktyabrın 6-da, İtaliya ilə görüş oktyabrın 9-da olacaq.