"Qarabağ"ın sabiq futbolçusu ən yaxşılar sırasında

Bosniya və Herseqovina Premyer Liqasında 2002-2003 cü ildən bəri ən yaxşı çıxış etmiş oyunçuların adı müyyənləşir.

Sportline.az xəbər verir ki, siyahda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də var.

Məlumata görə, 16 futbolçunun yer aldığı siyahıda qalib azarkeşlər arasında keçiriləcək səsvermə ilə bəlli olacaq. Şehiç haqda yazılan məqalədə onun ölkəsinin ən yaxşı qapıçısı olduğu bildirilir.

Bununla yanaşı, 31 yaşlı qolkiperin Türkiyədə və “Qarabağ”da da yaxşı oynadığı, hazırda isə "Beşiktaş"ın maraq dairəsində olduğu iddia edilir.

Xatırladaq ki, təcrübəli oyunçu 2006-11-ci illərdə Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, Şehiç hazırda Türkiyənin I divizion təmsilçisi “Ərzurumspor”da forma geyinir.