"Qəbələ" yenə uduzdu, Fransada qalib müəyyənləşmədi

Bu gün UEFA Avropa Liqasında 5-ci turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təsilçisi "Qəbələ" doğma meydanda "Anderlext"lə üz-üzə gələcək.

4 oyunun hamısında məğlub olan "Qəbələ" azarkeşlərini təsəlli etməyə çalışacaq. Belçika klubu isə qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edə bilər. 


24 noyabr 2016
Avropa Liqası, 5-ci tur
"C" qrupu

"Qəbələ" - "Anderlext" (Belçika) - 1:3
QOLLAR:
Tilemans, 10 (0:1); Rikardinyo, 16/p. (1:1); Massimo Bruno, 90 (1:2); Teodorçuk, 90+4 (1:3)
İSTİFADƏ EDİLMƏYƏN PENALTİ: Rikardinyo 75 ("Qəbələ")

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 30. Petar Franyiç, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

“Anderlext”: 23. Frank Boeks, 5. Uroş Spayiç, 14. Bram Nuytink, 17. Dieqo Kapel, 18. Frank Aşemponq, 31. Yuri Tilemans, 32. Lender Dendonker, 37. İvan Obradoviç, 41. Emanuel Soa, 72. Nikolae Stansiu, 91. Lukaş Teodorçuk

Ehtiyat oyunçular: 1. Deyvi Ruf, 8. Stefen Badci, 9. Hamdi Harbaui, 10. Massimo Bruno, 22. İdrissa Dumbia, 40. Vut Faes, 94. Sofin Hanni

Baş məşqçi: Rene Veyler

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. 8-ci km qəsəbə stadionu

"Sent-Etyen" (Fransa) - "Maynts" (Almaniya) - 0:0

Standings provided by Sofascore LiveScore