"Qəbələ" "Anderlext"lə oyuna itki ilə çıxacaq
"Qəbələ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq. SportLine.az xəbər verir ki, Belçikada "Anderlext"in qonağı olacaq "radarlar" matça ciddi itki ilə çıxacaqlar. Teo Uiks vacib oyunda komandasına kömək edə bilməyəcək.
"Maribor"la cavab matçında qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanan futbolçu növbəti tur çərçivəsində "Maynts"a qarşı görüşdə də meydanda olmayacaq.
Qeyd edək ki, "Anderlext" - "Qəbələ" matçının start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.