"Qəbələ" "Turan Tovuz"a, "Sabah" isə "Neftçi"yə qarşı

Misli Premyer Liqasının XIV turunda bu gün növbəti oyunlar keçiriləcək.

Sportline.az xəbər verir ki, əvvəlcə "Qəbələ" evdə "Turan Tovuz"u qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq. "Turan Tovuz" hazırda 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xala malik "Qəbələ" isə onuncudur.

Günün son matçı "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" evdə "Neftçi" ilə üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

"Sabah" 25 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 16 xala malik "Neftçi" isə səkkizincidir.

Misli Premyer Liqası

II dövrə, XIV tur

8 dekabr

17:00. "Qəbələ" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

20:00. "Sabah" – "Neftçi"

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. XIV tura dekabrın 9-da yekun vurulacaq.