"Neftçi" son dəqiqələrdə qələbəni əldən verdi, "Qəbələ"dən geri dönüş

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Qış fasiləsindən sonra uğursuz çıxışları ilə yadda qalan iki komanda üz-üzə gəlib. "Zirə" öz meydanında autsayder "Qəbələ"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da "Zirə" ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Buna qədər ardıcıl 4 oyunda uduzan "Qəbələ" isə qış fasiləsində sonra ilk qələbəsini qazanıb.

Digər oyunda isə "Səbail" "Neftçi"nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Bu xal itkisindən sonra "Neftçi" əvvəlkitək lider "Qarabağ"dan 8 xal geri qalır.
 
1 mart

17:00. “Neftçi” – “Səbail” - 1:1
Qol:
 Eriko da Silva, 55-avtoqol, Rauf Əliyev, 90+2 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”

15:00. “Zirə” – “Qəbələ” - 1:2
Qol: 
İlkin Muradov, 21 (1:0), Fernan Lopes, 80 (1:1),Rövlan Muradov, 87 (1:2)
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu


29 fevral

“Qarabağ”– “Sabah” - 0:0

“Sumqayıt” – “Keşlə” - 2:2

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 19 12 6 1 32-7 42
2 Neftçi 19 9 7 3 29-14 34
3 Keşlə 19 8 6 5 27-19 30
4 Sumqayıt 19 6 5 8 24-27 23
5 Sabah 19 5 6 8 19-23 21
6 Zirə 19 5 5 9 22-36 20
7 Səbail 19 5 5 9 15-27 20
8 Qəbələ 19 4 4 11 20-35 16

 

Bombardirlər:

Stiven Monroz ("Neftçi") - 7 qol
Mahir Emreli ("Qarabağ") - 7 qol
Peyman Babayi ("Sumqayıt") - 7 qol
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Baqali Dabo ("Neftçi") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Zirə") - 5 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Maqaye Qeye ("Qarabağ") - 5 qol
Hendrik Ekşteyn ("Səbail") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Sabah") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol
Əmir Ağayev ("Sumqayıt") - 4 qol
Sezar Meza Kolli ("Keşlə") - 4 qol
Vüsal İsgəndərli ("Keşlə") - 4 qol