Qitə nəhəngi məşqləri bərpa etdi

London “Arsenal”ı məşqləri bərpa edib.

Sportline.az xəbər verir ki, "topçular" sosial məsafə qaydalarına riayət etmək şərtilə bir araya gəliblər.

Futbolçuların hələlik fərdi şəkildə məşq etdiyi bildirilir.

“Arsenal” mart ayından dayandırılan İngiltərə Premyer Liqasında öz bazasında məşqlərə başlayan ilk komanda olub. Halbuki, sözügedən komandanın baş məşqçisi Mikel Artetada martın 12-də koronavirus aşkarlanmışdı. İspaniyalı mütəxəssis həmin dövrdən bəri klubun bazasına gəlməyib. 

Qeyd edək ki, Premyer Liqada oyunlar ən azı iyunun 8-nə qədər təxirə salınıb.