Qitə nəhəngi "Qarabağ"ın sabiq futbolçusuna müqavilə təklif edib

“Milan” klubu, qolkiperi Asmir Beqoviçlə yola davam edəcək.

Sportline.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İtaliyalıların 32 yaşlı qapıçı ilə vidalaşmaq niyyətində olmadıqları, yayda başa çatacaq icarə müqaviləsini daha bir il müddətinə uzatmaq istədikləri bildirilir.

Qeyd edək ki, İngiltərənin “Bornmut” klubu ilə 2021-ci iin yayına qədər müqaviləsi olan Beqoviç, mövsümün əvvəlini “Qarabağ”da keçirib. Qış transfer pəncərəsində isə o, “Milan”ın heyində yer alıb.