“Qolden Steyt Uorriors” ulduz basketbolçunu trasnfer edə bilər

Yeddi qat NBA çempionu “Qolden Steyt Uorriors” yeni mövsüm üçün heyətini gücləndirməyə çalışır.

Sportline.az jurnalist Sam Amikin paylaşımına istinadən xəbər verir ki, "Uorriors" bu yay klubdan ayrılan Kley Tompsonun yerinə "Mayami Hit"dən Cimi Batler transfer etmək istəyir.

Batler ötən mövsüm Mayami klubunun heyətində 20.8 xal, 5.3 ribaund və 5 asist ortalaması ilə çıxış edib.

Qeyd edək ki, ulduz basketbolçunun "Mayami Hit"lə müqaviləsi gələn ilin yayında başa çatacaq.