"Qolden Steyt Vorriors" "Yuta Cazz"ı məğlub edib
Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, bu mövsüm çempionluğa iddialı “Qolden Steyt Vorriors” “Çiz Senter”da “Yuta Cazz”la qarşılaşıb. İlk period bərabərliklə yekunlaşıb. 27:27. Böyük fasiləyə qədər “Vorriors” hesabı öz xeyrinə dəyişməyi bacarıb. 62:51. Fasilədən sonrada təşəbbüsü əldən verməyən “Vorriors” yekunda 114:103 hesabı ilə qələbə qazanıb.
Mövsümdə 23-cü qələbəsini qazanan “Qolden Steyt Vorriors” Qərb konfransında 11-ci pillədə qərarlaşıb. “Yuta Cazz” isə autsayderdir. Matçın ən məhsuldar basketbolçusu “Yuta Cazz”ın oyunçusu Kollin Sekston olub. 30 xal 2 ribaund 4 asist. “Vorriors”da isə ən yaxşı nəticəni almaniyalı basketbolçu Deniş Şüröder göstərib. 23 xal 5 ribaund 4 asist.
Qeyd edək ki, gecənin digər oyunlarında “Filadelfiya Siksers” “Los Anceles Leykers”i 118:104, “Hyuston Rokets” “Atlanta Houks”u 100:96, “Portlend Treyl-Blezzers” isə “Milioki Baks”ı 125:112 hesabı ilə məğlub edib.