Qurban Qurbanov dünya reytinqində 7 pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, 1000 mütəxəssisin adının yer aldığı cədvəldə Azərbaycanı təmsil edən yeganə məşqçi Qurban Qurbanov 1054 xalla 566-cı  yerdə qərarlaşıb. O, ötən illə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, "Liverpul"un çalışdırıcısı Yurgen Klopp 15 min 846 xalla siyahıya liderlik edir.