Qurban Qurbanov: "Məğlub olsaydıq belə, futbolçularıma etiraz etməyəcəkdim"
"Gözlənildiyi kimi gərgin oyun oldu. Liderlik uğrunda layiqli mübarizə idi". SportLine.az xəbər verir ki, buz sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov CBC Sport telekanalına açıqlamasında deyib.
"Qəbələ" ilə görüşdə oyunçularından razı qaldığını deyən mütəxəssis, " Məğlub olsaydıq da, futbolçularıma etiraz etməyəcəkdim". Verilən tapşırığı yerinə yetirdilər. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni etdi. Hər iki komanda Avroliqada mübarizə aparır və öz gücünü meydanda sərgiləyə bildi", - deyə söyləyib.
Reynaldonun çıxışını dəyərləndirən Qurban Qurbanov, "Reynaldo tam hazır deyildi. İkinci hissədə də, bu, öz təsirini göstərdi. Həmçinin, məğlub vəziyyətdə idik deyə dəyişikliklər etməyə məcbur idik. Reynaldonun oyunundan razı qaldım", - deyib.
Sonadək qələbəyə inandığını deyən çalışdırıcı, "Bizdə Həmişə inam olub. Bu oyunun ən gözəl məqamı elə qələbə topu oldu", - deyə fikrini tamamlayıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının 13-cü turunun son görüşündə "Qarabağ" "Qəbələ"ni son saniyələrdə vurduğu qolla məğlub edib.