Qvardiola brazilyalı futbolçunun klubdan ayrılmasını istəmir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola brazilyalı futbolçu Savinyonun klubdan ayrılmasını istəmir.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis oyunçunun önəmli fiqur olduğunu düşünür.
Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
Qeyd edək ki, "Tottenhem" 21 yaşlı futbolçu üçün "Mançester Siti"yə 70 milyon avro təklif etmişdi. Lakin "şəhərlilər" bu təklifi rədd etdi.