Qvardiolanın anası koronavirusun qurbanı oldu

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası Dolors Sala Carrio dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 82 yaşlı qadının ölümünə səbəb koronavirus infeksiyası olub.