Rafael Fiziyevin son durumu
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev yenidən pərəstişkarlarını sevindirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, tanınmış idmançı bu ay oktaqona qayıdacaq.
Yanvarın 31-də təşkil ediləcək döyüşdə onun rəqibi braziliyalı Maurisiu Ruffi olacaq.
Fiziyev intensiv məşqlərdə hazırlığını artırmağa çalışır.
Bugünlərdə sosial şəbəkədə paylaşım edən idmançının fiziki hazırlığı mükəmməl təsir bağışlayır.
