Makqreqorun qayıdışı uğursuz alındı

UFC 329 turnirində Konor Makqreqorla Maks Hollouey arasında keçirilən döyüş gözlənilmədən çox erkən başa çatıb.

Sportline.az xəbər verir ki, uzun fasilədən sonra oktaqona qayıdan irlandiyalı döyüşçü qarşılaşmanın elə ilk saniyələrində ayağından zədələnib.

Makqreqor yüksək təpik zərbəsi vurmağa çalışarkən uğursuz şəkildə yerə yıxılıb. Ayağa qalxdıqdan sonra yenidən tarazlığını itirən 37 yaşlı idmançı döyüşü davam etdirə bilməyib. Hollouey rəqibinin zədələndiyini görərək hakimə işarə edib.

Bundan sonra qarşılaşma 1-ci dəqiqədə dayandırılıb və Maks Hollouey texniki nokautla qalib elan olunub. Təkrar görüntülərdə Makqreqorun ilk təpik cəhdi zamanı ayağından zədələndiyi görünür.

Qeyd edək ki, bu, Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşü idi. Onun zədəsinin ağırlıq dərəcəsi hələlik açıqlanmayıb.

 

 

 

Banner