Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən "UFC Fight Night" turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini rəsmiləşdirib.

Xatırladaq ki, bu qarşılaşma Tofiq Musayevin UFC karyerasında üçüncü döyüşü idi. O, 2025-ci ilin iyununda Bakıda baş tutan debüt görüşündə Mıktıbek Orolbaya məğlub olmuş, 2026-cı il martın 28-də isə İqnasio Bahamondes üzərində qələbə qazanaraq UFC-də ilk uğuruna imza atmışdı.

Banner