Rafinya: “Barselona”nı sevirəm”
“Barselona”nın brazilyalı futbolçusu Rafinya uzun müddət bu klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Rafinya “Barselona”da xoşbəxt olduğunu söyləyib.
“Barselona”da xoşbəxtəm. Bu klubda çıxış etmək böyük qürurdur. “Barselona” tarixin ən böyük klublarından biridir. Uzun müddət bu klubda qalmaq istəyirəm. Bu mövsüm işlərim əla gedir. Ümid edirəm ki, mövsüm sonuda belə uğurlu alınacaq. “Barselona”nın emblemini öpmək bu klub qarşı hissələrimin göstərgəsidir. Mən bu klubu sevirəm. Karyeramın ən yaxşı formasındayam. Mən dayanmaq istəmirəm. “Barça” üçün daha çox şey etmək istəyirəm”, - deyə Rafinya bildirib.
Qeyd edək ki, Rafinya cari mövsüm çıxış etdiyi 21 matçda 14 qol və 8 asistlə yadda qalıb.
27 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.