Ramil Şeydayevin daha bir keçmiş klubu fəaliyyətini dayandırır

Rusiyanın "Krılya Sovetov" klubu fəaliyyətini dayandıra bilər.

Sportline.az xəbər verir ki, bu barədə yerli Hesablama Palatasının mütəxəssisləri Samara təmilçisində aparılan yoxlamalardan sonra məlumat yayıblar.

Bildirilib ki, klubun artan borcları onun məcburi şəkildə ləğvinə səbəb ola bilər. Auditorların sözlərinə görə, klubun ümumi gəlirləri regional büdcənin 80 faizini təşkil edir ki: "Bu, idman təşkilatlarının maliyyələşdirilməsinin azalma tendensiyasına zidddir. İdman Nazirliyinin sponsorları və investorları cəlb etmək üçün bütün səylərinə baxmayaraq, klubun saxlanması xərcləri daim artmaqdadır".

Qeyd edək ki, Azərbaycan milli komandası və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib. 24 yaşlı hücumçunun 2017-ci ildə çıxış etdiyi Slovakiya "Jilina"sı da maliyyə böhranına görə fəaliyyətini rəsmən dayandırıb.